Qazaxıstan Rusiya və Ukraynanı sülhə çağırdı

Qazaxıstan Rusiya və Ukraynanı sülhə çağırdı Dünya

Kursk vilayətində yaranmış vəziyyətlə əlaqədar Qazaxıstan hakimiyyəti Rusiya Federasiyası ilə Ukrayna arasında münaqişənin sülh yolu ilə həllinə çağırıb.

News24.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.

Onun sözlərinə görə, Qazaxıstan həmişə münaqişələrin yalnız sülh yolu ilə həllinin tərəfdarı olub və dövlətlərin ərazi bütövlüyü prinsipini aydın şəkildə təsbit edən Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinə bütün ölkələrin riayət etməsinin zəruriliyi ilə çıxış edib.

Smadiyarov vurğulayıb ki, Astana beynəlxalq ictimaiyyətin qarşılıqlı məqbul həll yollarının konstruktiv axtarışına yönələn istənilən səylərini alqışlayır.

Məryəm İlhamqızı