"Qəbri qazmağa kimsə tapılmadı”

"Qəbri qazmağa kimsə tapılmadı” Dünya

Rusiyada həbsxanada dünyasını dəyişən rusiyalı müxalifət lideri Aleksey Navalninin təsis etdiyi Korrupsiyaya Qarşı Mübarizə Fondunun (AKF) direktoru İvan Jdanov Navalninin dəfn mərasiminin martın 1-də keçiriləcəyini açıqlayıb.

News24.az xəbər verir ki, ACF-nin direktoru Jdanov bu gün verdiyi açıqlamada bildirib ki, dəfn mərasimi əvvəlcə fevralın 29-na planlaşdırılıb, lakin “qəbri qazmağa kimsə tapılmadığı üçün” martın 1-ə keçirilib.

Bildirilib ki, Navalninin dəfn mərasimi yerli vaxtla saat 14.00-da Rusiyanın paytaxtı Moskvanın Cənub-Şərqi İnzibati Dairəsinə daxil olan Maryino şəhərindəki Allah Anasının İkonu Kilsəsində keçiriləcək. Sonra isə o, Borisov qəbiristanlığında dəfn olunacaq. 

Günel Məlikzadə