"Qərb Qafqazda qaynar nöqtələr yaratmağa çalışır" - Gerasimov
Dünya
Hər il Rusiyanın qərb sərhədləri yaxınlığında 40-a yaxın iri hərbi təlim keçirilir ki, onların da ssenariləri ölkəmizlə silahlı qarşıdurmaya əsaslanır.
News24.az xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib.
Onun sözlərinə görə, NATO-ya daxil olmayan dövlətlər hərbi təlimlərə getdikcə daha çox cəlb olunurlar.
“Eyni zamanda Qərb yeni qaynar nöqtələr yaratmağa və Balkanlarda, Dnestryanı və Transqafqazda, Mərkəzi Asiya və Əfqanıstanda münaqişələri dəstəkləməyə çalışır. Suriya Ərəb Respublikasında ağır vəziyyət qalmaqdadır, burada terrorçu qrupların davamlı fəaliyyəti, eləcə də ABŞ-ın başçılıq etdiyi Qərb dövlətlərinin sanksiyalarının təzyiqi dinc həyatın normallaşmasına mane olur”, - o əlavə edib
Ayşən