Qətər iranlı diplomatlarla bağlı qərar verdi: 24 saat ərzində...

Qətər iranlı diplomatlarla bağlı qərar verdi: 24 saat ərzində... Dünya

Yaxın Şərqdə gərginlik davam edərkən Qətər hökuməti İran ilə diplomatik münasibətlərdə sərt addım atıb.

News24.az xəbər verir ki, Dohada fəaliyyət göstərən İran səfirliyinin təhlükəsizlik və hərbi attaşeləri “persona non grata” (arzuolunmaz şəxs) elan edilib. Qətər tərəfi bu şəxslərə 24 saat müddət verərək ölkəni tərk etmələrini tələb edib.

Qərarın İranın Qətərdəki enerji obyektlərinə yönəlmiş hücum iddialarından sonra verildiyi bildirilir. Doha hakimiyyəti həmin diplomatların fəaliyyətini milli təhlükəsizliyə təhdid kimi qiymətləndirib.

Rəsmi açıqlamalara əsasən, bu addım iki ölkə arasında onsuz da gərgin olan münasibətləri daha da kəskinləşdirib. Xüsusilə enerji təhlükəsizliyi və regional sabitlik məsələləri fonunda diplomatik böhranın yeni mərhələyə keçdiyi qeyd olunur.