Qəzza zolağında su təchizatı - PİSLƏŞDİ
Dünya
İsrail əsgərləri su quyularını, çənləri və boruları məhv etdiyi üçün Qəzza zolağının cənubunda su təchizatı böhranı getdikcə pisləşib.
News24.az xəbər verir ki, bu barədə Qətərdə yerləşən Əl-Cəzirə telekanalı məlumat verib.
Kanalın Qəzzanın cənubundakı Xan Yunisdən verdiyi xəbərə görə, şəhərdəki beş əsas tankdan dördü məhv edilib. Quyulara və paylayıcı şəbəkələrə də ziyan dəyib. Yerli əhali demək olar ki, təmiz sudan məhrum olub.
Məryəm İlhamqızı