Qəzzada daha bir jurnalist - ÖLDÜRÜLDÜ
Dünya
İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində daha bir jurnalist həyatını itirib.
News24.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
İsrail döyüş təyyarələri Qəzzanın şimalındakı Es-Səftavi bölgəsində fələstinli jurnalist Məhəmməd Baluşenin evinə hücum edib.
Hücum zamanı “Fələstin əl-Yevm” kanalının müxbiri Baluşenin həyatını itirdiyi, çoxlu sayda insanın yaralandığı bildirilib.
Qeyd edək ki, oktyabrın 7-dən İsrailin Qəzza zolağına etdiyi hücumlarda həlak olan jurnalistlərin sayı 13-ə yüksəlib.
Ülkər Abdurahmanlı