Qəzzada daha bir jurnalist həlak oldu

Qəzzada daha bir jurnalist həlak oldu Dünya

İsrailin Qəzzanın cənubunda Xan Yunisə hücumu nəticəsində daha bir jurnalist – fələstinli fotojurnalist Mahmud Vadi həlak olub.

News24.az xəbər verir ki, bu barədə hökumətin Qəzzadakı Media Ofisinin məlumatında bildirilir.

Bununla da 7 oktyabr 2023-cü ildən bəri Qəzzada öldürülən jurnalistlərin sayı 257-yə çatıb.