Qəzzada HƏMAS-ın komandirlərindən biri öldürüldü

Qəzzada HƏMAS-ın komandirlərindən biri öldürüldü Dünya


İsrail ordusu 2023-cü il oktyabrın 7-də İsrailə edilən hücumların əsas təşkilatçılarından biri hesab olunan HƏMAS-ın yüksək rütbəli komandiri Raed Saadın Qəzza şəhərində avtomobilə endirilən zərbə nəticəsində öldürüldüyünü açıqlayıb.

News24.az-ın xəbərinə görə, İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Kats birgə bəyanatlarında bildiriblər ki, Saadın öldürülməsi iki israilli hərbçinin yaralanmasına səbəb olan partlayışa cavabdır.

Anklavın Səhiyyə Nazirliyindən verilən məlumata görə, avtomobilə endirilən zərbə nəticəsində 5 nəfər ölüb, azı 25 nəfər yaralanıb.

Qeyd edək ki, HƏMAS Saadın ölümü ilə bağlı rəsmi açıqlama verməyib.