Qəzzada öldürülənlərin sayı 73 mini keçdi

Qəzzada öldürülənlərin sayı 73 mini keçdi Dünya

Fələstin Səhiyyə Nazirliyi bildirib ki, son 24 saat ərzində İsrail ordusunun hücumları nəticəsində 10 fələstinli həlak olub, 42 nəfər yaralanıb.

News24.az-ın məlumatına görə, bununla da 2023-cü ilin oktyabrından bəri Qəzza zolağında həyatını itirənlərin sayı 73 min 293-ə, yaralananların sayı isə 173 min 906-ya yüksəlib.

Nazirliyin məlumatına görə, dağıntılar altında qalan şəxslərə xilasedicilər hələ də çata bilmir. Bildirilir ki, 2025-ci il oktyabrın 10-da qüvvəyə minən atəşkəsə baxmayaraq, İsrail ordusunun Qəzzaya hücumları davam edir.