Qəzzaya 200 min tondan çox bomba atılıb

Qəzzaya 200 min tondan çox bomba atılıb Dünya

Qəzzada 70 mindən çox fələstinli öldürülüb, 170 mindən çoxu yaralanıb.

News24.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 16-cı Səfirlər Konfransında çıxışı zamanı danışıb.

“Bu gün minlərlə ana, ata, uşaq itkin düşən yaxınlarının taleyini gözləyir. Evini, məktəbini itirmiş on minlərlə uşaq Qəzzada dağıntılar arasında həyata tutunmağa çalışır”, – o deyib.

Prezident Qəzzanın cəmi 365 kvadratkilometr əraziyə malik olduğunu qeyd edərək bildirib ki, bu əraziyə 200 min tondan çox bomba atılıb:

“Hiroşimaya atılan bombadan 14 dəfə artıq gücdə bombardmanla Qəzzanı yerlə-yeksan etdilər. Belə bir şəraitdə necə ədalətli və işlək beynəlxalq sistemdən danışmaq olar? Bu gün bir çox beynəlxalq qurumlar fəaliyyətsiz və ruhsuz vəziyyətdədir”.

Ərdoğan vurğulayıb ki, Türkiyənin həm öz maraqlarını qoruya bilməsi, həm də dost və qardaş xalqlara yardım edə bilməsi üçün iqtisadi, hərbi və diplomatik baxımdan güclü olmaqdan başqa yolu yoxdur.