QHT tolerantlıq və multikulturalizm mövzusunda yeni layihəyə start verib

QHT tolerantlıq və multikulturalizm mövzusunda yeni layihəyə start verib Dünya

Media və Mülki Cəmiyyət İctimai Birliyi “Sabitlik adası: tolerant və multikultural Azərbaycan” mövzusunda yeni layihəyə start verib. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Bu barədə layihənin rəhbəri, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov məlumat verib.

Onun sözlərinə görə, layihənin məqsədi Azərbaycanın multikultural və tolerant dini mühiti haqqında obyektiv məlumatların cəmiyyətdə, xüsusilə Şəki, Oğuz və İsmayıllı rayonlarında təşviq edilməsi, sağlam ictimai rəyin formalaşmasına töhfə verməkdir.

Layihə çərçivəsində vətəndaşların, xüsusilə gənclərin maarifləndirilməsi, onların yad dini və ideoloji təsirlərdən qorunması, sağlam dini düşüncənin və dözümlülük dəyərlərinin gücləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçiriləcək.

Layihə bildirib ki, layihənin icrası nəticəsində regionlarda tolerantlıq və multikulturalizm dəyərlərinin təbliği daha da genişlənəcək. Layihə çərçivəsində maarifləndirici tədbirlər, ictimai müzakirələr və görüşlər təşkil olunacaq. Tədbirlərdə müxtəlif xalqların və etnik qrupların tarixən formalaşdırdıqları dini, mədəni və mənəvi dəyərlər, adət-ənənələr barədə iştirakçılar arasında fikir mübadiləsi aparılacaq.

X.Əhmədov qeyd edib ki, layihənin həyata keçirilməsi bölgələrdə yaşayan əhalinin müxtəlif təbəqələri üçün faydalı olmaqla yanaşı, cəmiyyətdə qarşılıqlı hörmət, dözümlülük və birgəyaşayış ənənələrinin möhkəmlənməsinə də töhfə verəcək.