Qısqanc qadın həyat yoldaşını "lapatka" ilə döydü

Qısqanc qadın həyat yoldaşını "lapatka" ilə döydü Dünya

Qısqanc qadın həyat yoldaşının turist qadınla yazışdığını öyrəndikdən sonra onu kürəklə baş nahiyəsindən vurub.

News24.az xəbər verir ki, hadisə Dağıstanın Karabudaxkənd rayonunda baş verib.

Məlumata görə, Zülfiyə və Murad 14 il birlikdə yaşayıblar. Onların bu evlilikdən iki övladı dünyaya gəlib.

Qadın ərinin son vaxtlar qəribə davrandığını hiss edib, telefonunu yoxlayan zaman isə Dağıstandan olmayan bir qadınla yazışdığını görüb.

Qadın məsələni aydınlaşdırmaq üçün həyat yoldaşından açıqlama tələb edib, lakin o suallardan yayınmağa çalışıb.

Bundan əsəbiləşən Zülfiyə kürəyi götürərək Muradı bir neçə dəfə vurub. Kürəyin iti hissəsi kişinin başında kəsik yaradıb.

Həkimlər hadisə barədə polisə məlumat veriblər.

Zərərçəkən şəxs həyat yoldaşından şikayətçi olmadığı üçün qadın cinayət məsuliyyətindən azad edilib. (Mash Gor)