Qızıl qiymətinə ərik qurusu !

Qızıl qiymətinə ərik qurusu ! Dünya

Türkiyədə Ticarət Nazirliyi Kapalıçarşıda qram qızıl qiymətinə ərik qurusu satılmağı haqqında araşdırmalara başlayıb.

News24.az xəbər verir ki, ticarət nazirinin müavini Mahmud Gürcan, Ş.S. adlı müəssisədə ərik və törəmə məhsulların 2 min 680 lirəyə satıldığını təsbit etdiklərini, müəssisənin 100 min ilə 1 milyon lirə arasında cərimə ediləcəyini açıqlayıb.

Gürcan X hesabında verdiyi açıqlamada bu sözləri deyib:

“26.08.2024-cü il tarixində sosial mediada Kapalıçarşıda quru əriklərin 2800 TL-yə satıldığına dair yazılara əsaslanaraq, İstanbul İl Ticarət Müdirliyimizin yoxlama qrupları Ş.S adlı müəssisədə həddindən artıq qiymət və etiket yoxlaması həyata keçirib. 

Auditdə şikayət predmeti olan “Ərik” tipli məhsulun 2680 TL-yə satıldığı və məhsulun alış fakturalarının bizə təqdim oluna bilmədiyi müşahidə olunub. İş sahibi ifadəsində məhsulu 600 TL-yə aldığını bildirib.

Məhsulun elan edilmiş alış qiyməti ilə satış qiyməti arasında yüksək fərq olduğu üçün 'Haqsız Qiymət Artışı' hesabatı hazırlanaraq Haqsız Qiymət Qiymətləndirmə Şurasına göndərilib. 

Bundan əlavə, yoxlama zamanı tələb olunan hesab-fakturaların bizə təqdim edilə bilməməsi halı aidiyyəti qurumlara bildirilmiş və sözügedən yoxlama ilə bağlı sənədlər baxılması üçün Vergilər İdarəsinə göndərilmişdir. Ticarət Nazirliyi olaraq baha qiymətlərlə mübarizəmizi qətiyyətlə davam etdirəcəyik”.

Məryəm İlhamqızı