Qızların təhsil alması qadağan edildi

Qızların təhsil alması qadağan edildi Dünya

Əfqanıstanda Taliban rejimi qadın və qızların təhsil almasını tam şəkildə qadağan edib.

News24.az xəbər verir ki, qərar milyonlarla şagirdin təhsil hüququndan məhrum edilməsinə səbəb olub və beynəlxalq ictimaiyyətdə ciddi narazılıq doğurub.

Taliban hakimiyyətinin qərarına əsasən, qızlar 6-cı sinifdən sonra, eləcə də ali təhsil müəssisələrində oxuya bilməzlər. Bununla da illərdir tətbiq edilən məhdudiyyətlər daimi dövlət siyasətinə çevrilib.

Beynəlxalq insan haqları və təhsil təşkilatları Əfqanıstanı qızların təhsil hüququnun tamamilə rədd edildiyi yeganə ölkə kimi qiymətləndirir.