Qocalar evində dəhşətli yanğın: Ölənlər var - Bu ölkədə
Dünya
Bosniya və Herseqovinanın şimal-şərqində yerləşən yaşlılar evində baş vermiş yanğın nəticəsində 10 nəfər həlak olub, 20 nəfər xəsarət alıb.
News24.az “BBC News”a istinadən xəbər verir ki, yanğın yaşlılar evinin yeddinci mərtəbəsində başlayıb.
Polis nümayəndəsinin verdiyi məlumata görə, təxminən 20 nəfər tibbi müalicə üçün mərkəzə yerləşdirilib, onların arasında yanğınsöndürənlər, polis əməkdaşları, tibb işçiləri, xidmətçilər və ev sakinləri var.
Yanğının səbəbi məlum olmasa da, baş nazir Nermin Nikşiç onu “böyük miqyaslı fəlakət” adlandırıb.
Rəsmi şəxslər qeyd ediblər ki, təhlükəsizlik tam təmin edildikdən sonra araşdırma aparılacaq.