Qonşu ölkədə çovğun gözlənilir, xəbərdarlıq edildi
Dünya
Güclü qar çovğunu səbəbilə Rusiyanın paytaxtı Moskvada sarı səviyyəli hava xəbərdarlığı tətbiq edilib.
News24.az-ın məlumatına görə, bu barədə Rusiya Hidrometeorologiya Mərkəzi açıqlama yayıb.
Məlumatda bildirilir ki, xəbərdarlıq dekabrın 27-si saat 20:00-dan başlayaraq dekabrın 28-i bazar günü saat 10:00-dək qüvvədə olacaq. Sinoptiklərin proqnozuna əsasən, bazar günü axşamdan etibarən gecə və səhər saatlarında Moskvada qar yağacağı, bəzi ərazilərdə isə intensiv qar müşahidə olunacağı gözlənilir. Bununla yanaşı, yolların buz bağlaması ehtimalı da var.
Qeyd olunub ki, küləyin sürəti gün ərzində 5–10 m/s təşkil edəcək, havanın temperaturu isə dekabrın 28-dək -4 dərəcəyədək enə bilər.