Hakerlər FTB-nin məlumat bazasına daxil oldu - Skandal

Hakerlər FTB-nin məlumat bazasına daxil oldu - Skandal Dünya

Hakerlər ABŞ Federal Təhqiqat Bürosunun (FTB) ölkə miqyaslı məlumat bazasına müdaxilə ediblər.

News24.az xəbər verir ki, CNN-in bir neçə mənbəyə istinadən yaydığı məlumata görə, hadisə ilə bağlı araşdırma aparılır.

Bildirilir ki, haker hücumunun Milli Cinayət Məlumat Mərkəzinin (NCIC) məlumat bazasına qarşı həyata keçirildiyi ehtimal olunur. Bu, son aylarda həmin sistemə qarşı baş verən ikinci belə kiberhücumdur.

NCIC məlumat bazası ABŞ-nin hüquq-mühafizə orqanları tərəfindən istifadə olunur. Sistem həbs qərarları, şəxslərin yoxlanılması və digər hüquqi məlumatların ölkə üzrə paylaşılmasını təmin edir.

Keçmiş FTB rəsmisinin sözlərinə görə, NCIC ölkənin hüquq-mühafizə sistemində ən mühüm məlumat bazalarından biridir. O qeyd edib ki, hakerlər sistemə daxil olmaqla yalnız məxfi məlumatları əldə etmək deyil, həm də polisin etibar etdiyi məlumatların dəqiqliyini pozmaq imkanı qazana bilərlər.