Qonşu ölkədə etiraz artır - Bayraqlar endirildi, şura binası yandırıldı

Qonşu ölkədə etiraz artır - Bayraqlar endirildi, şura binası yandırıldı Dünya

Ötən gün gecə saatlarında İranın bir sıra şəhərlərində etirazlar davam edib.

News24.az xəbər verir ki, etirazçılar Kərəcdə İslam Şəhər Şurasının binasını yandırıblar.

Həmin bölgədə toplaşan gənclər şəhərin müxtəlif nöqtələrində İslam Respublikasına məxsus bannerləri, rəsmi simvolları və bayraqları endiriblər.

Nümayişçilər “Nə Qəzza, nə də Livan, İran üçün canımı fəda edərəm!” şüarları səsləndiriblər.

Tehranın Naziabad məhəlləsində də sakinlər küçələrə çıxaraq “Diktatora ölüm olsun!” şüarları ilə etiraz ediblər. (Azad İran)