Qonşu ölkədə güclü zəlzələ oldu
Dünya
Bu gün İranın Kerman əyalətinin Bərdsir şəhəri yaxınlığında 5 bal gücündə zəlzələ qeydə alınıb.
News24.az xəbər verir ki, yeraltı təkanlar saat 11:17-də baş verib.
Zəlzələnin episentri 8 kilometr dərinlikdə yerləşib.
Təkanlar Kerman, Rəfsəncan və Sircan şəhərlərində də hiss olunub.
Hadisə nəticəsində dağıntı və ya insan itkisi barədə hələlik məlumat yoxdur. /Mehr News/