Qonşu ölkədə ildə 50 min ölüm - Səbəb

Qonşu ölkədə ildə 50 min ölüm - Səbəb Dünya

İranın səhiyyə naziri Məhəmməd Rza ölkədə havanın çirklənməsinin səhiyyə sektorunda ciddi çətinliklər yaratdığını bildirib.

News24.az xəbər verir ki, nazirin sözlərinə görə, hər il hava çirkliliyi səbəbindən təxminən 50 min insan həyatını itirir, xəstəxanalara müraciətlərin sayı isə iki dəfə artıb.

O, universitet rektorları ilə görüşü zamanı sağlamlıq problemlərinə həll yönümlü yanaşmanın vacibliyini vurğulayaraq, səhiyyə elmlərinin inkişafı üçün mütəxəssislərin universitetlərə dəstək verməsinin əhəmiyyətini bildirib.

Qeyd edək ki, İranda hava çirkliliyinin əsas səbəbləri keyfiyyətsiz benzin, köhnə model avtomobillər və motosikletlər, eləcə də elektrik stansiyalarında istifadə olunan yanacaq növləridir.