Qorbaçovun dəfni dövlət səviyyəsində təşkil olunacaq

Qorbaçovun dəfni dövlət səviyyəsində təşkil olunacaq Dünya
"Mixail Qorbaçovun dəfninin dövlət səviyyəsində təşkil edilib-edilməyəcəyi ilə bağlı hələlik heç bir qərar verilməyib".

News24.az "TASS"a istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov məsələyə bu gün baxılacağını bildirib: "Hələ heç bir qərar verilməyib. Burada səbirli olmaq lazımdır".

Rusiya prezidenti Vladimir Putinin Qorbaçovun dəfn mərasimində iştirak edib-etməyəcəyi ilə bağlı sualı cavablandıran sözçü “Biz hələ prosedurun necə olacağını bilmirik. Bu, qohumların və yaxınların istəklərindən asılı olacaq. Hələlik bu barədə məlumat yoxdur" deyib.