Qərb Ukraynada hərbçi yerləşdirə bilər? – Avropadan yeni plan
Dünya
Avropalı müttəfiqlər Ukrayna üçün təhlükəsizlik zəmanətlərini artıq yanvar ayında təsdiqləməyi planlaşdırırlar.
News24.az xəbər verir ki, bu barədə “Euractiv” nəşri məlumat yayıb.
Məlumata görə, Fransa Prezidenti Emmanuel Makron “İstəklilər koalisiyası”nın atəşkəsdən sonra Ukraynaya uzunmüddətli dəstəyin detalları üzrə razılaşmanı tamamlamaqda israrlıdır. Söhbət gələcəkdə hansı təhlükəsizlik mexanizmlərinin və yardım tədbirlərinin qüvvədə olacağının müəyyənləşdirilməsindən gedir.
Qeyd olunur ki, bir neçə aydır Fransa və Böyük Britaniyanın liderliyi ilə onlarla ölkə təhlükəsizlik zəmanətləri üzərində işləyir. Bu zəmanətlərə Qərb hərbçilərinin Ukraynada mümkün yerləşdirilməsi, maliyyə dəstəyi, silah tədarükü və Rusiyanın yenidən hücumunun qarşısını almağa yönələn digər tədbirlər daxildir.
Bununla yanaşı, zəmanətlərin bir hissəsi, xüsusilə ABŞ tərəfindən veriləcək öhdəliklər hələ də danışıqlar mövzusu olaraq qalır.