Qərbin Odessaya hücuma reaksiyası polkovniki şoka saldı

Qərbin Odessaya hücuma reaksiyası polkovniki şoka saldı Dünya

Qərbin Odessaya hücuma reaksiyası təqaüddə olan ABŞ ordusunun polkovnik-leytenantı Daniel Devisi şoka salıb.

News24.az xəbər verir ki, o, bu barədə özünün X sosial media səhifəsində şərh yazıb.

"Qərbdə bu qədər insanın Rusiyanın müharibəni dayandırmamasına və ya yavaşlatmamasına niyə təəccübləndiyinə təəccüblənirəm", - deyə o yazıb.

Devisin qeyd etdiyi kimi, Rusiya Prezidenti Vladimir Putin Rusiyanın məqsədlərinə danışıqlar yolu ilə və ya döyüş meydanında çatacağını bildirib və əlavə edib ki, o, tam olaraq dediklərini edir.