“Qrenlandiya satılmır” – Avropada kütləvi etirazlar başladı
Dünya
Danimarka və Qrenlandiyada adanın ABŞ-a birləşdirilməsinə qarşı etiraz aksiyaları keçirilir. Aksiyaların təşkilatçılarının məlumatına görə, Kopenhagendə küçələrə təxminən 20 min nəfər çıxıb.
News24.az xəbər verir ki, bu barədə “Danmarks Radio” məlumat yayıb.
Kopenhagen və Nuukla yanaşı, Danimarkanın Orhus, Odense və Olborq şəhərlərində də etiraz aksiyaları təşkil olunub. Qrenlandiyada isə Aasiat, Kakortok və İlulissat şəhərlərində nümayişlər keçirilib.
Etirazçılar “Qrenlandiya satılmır” şüarları səsləndirib, “yox” yox deməkdir” və “Qrenlandiyadan əllərinizi çəkin” yazılmış plakatlar qaldırıblar, həmçinin adanın bayrağını nümayiş etdiriblər.