"Queen"in bu fotosu Rusiyada qalmaqala səbəb oldu
Dünya
Rusiyada məhkəmə sosial şəbəkədə “Queen” qrupunun fotosunu paylaşan bir nəfər Moskva sakinini cərimələyib.
News24.az xəbər verir ki, sözügedən şəkil qrupun “I Want to Break Free” klipinin çəkilişlərindən götürülüb və musiqiçilər həmin kadrlarda qadın geyimində təsvir olunub.
Məhkəmə qərarında bildirilib ki, bu görüntü “qeyri-ənənəvi münasibətlərə müsbət münasibət formalaşdırır” və “ailə dəyərlərini dağıdır”.
Müdafiə tərəfinin bunun dünya miqyasında tanınmış musiqi klipindən bir kadr olması ilə bağlı arqumenti isə məhkəmə tərəfindən qəbul edilməyib. Qərarda qeyd olunub ki, paylaşılan fotonun musiqi ilə heç bir əlaqəsi yoxdur.