Radiasiya xəbərdarlığı! - Çernobıl faciəsi təkrarlana bilər

Radiasiya xəbərdarlığı! - Çernobıl faciəsi təkrarlana bilər Dünya

ABŞ ordusunun İkinci Dünya müharibəsində atom bombasını hazırlandığı Los Alamos bölgəsində plutonium səviyyəsinin Çernobıl səviyyəsinə yaxınlaşdığı bildirilib.

News24.az Publika.az-a istinadən xəbər verir ki, Şimali Arizona Universitetindən Maykl Ketterer Nyu Meksiko ştatının Los Alamos bölgəsindən topladığı torpaq, su və bitki nümunələrinin analiz nəticələrini paylaşıb.

Ketterer ABŞ-da ictimai yerdə bu qədər yüksək plutonium səviyyəsini ilk dəfə gördüyünü qeyd edib. O, həmçinin bölgədə gəzinti üçün istifadə edilən müxtəlif yerlərdən götürülmüş nümunələrdəki plutonium səviyyələrinin də həyəcan verici olduğunu qeyd edib.

Professor radioaktiv maddələrin bitkilər tərəfindən udula və ya meşə yanğını zamanı küllə geniş əraziyə yayıla biləcəyini vurğulayıb.

Qeyd edək ki, ABŞ Enerji Nazirliyindən verilən açıqlamada plutonium səviyyələrinin təhlükə yaradacaq səviyyədə olmadığı iddia edilir. Nazirlikdən bildirilib ki, nümunələr mütəmadi olaraq yoxlanılır və bölgədə təhlükəsizlik təmin edilir.