"Raketlərin altında seçkilər necə keçirilsin?" – Zelenski
Dünya
“Ukraynada seçkilərin keçirilməməsinin səbəbinin guya mənim prezident kreslosuna yapışıb qalmağımla bağlı olması tamamilə adekvat olmayan bir iddiadır”.
News24.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Prezidentin sözlərinə görə, seçkilərin keçirilməsi üçün iki vacib məsələ mövcuddur.
“Əvvəlcə təhlükəsizlik. Seçkiləri necə keçirməliyik? Raket zərbələri altında bunu necə etmək olar? Hərbçilərimizə gəlincə – onlar necə səs verəcək?
İkinci məsələ isə seçkilərin legitim keçirilməsi üçün qanunvericilik bazasıdır. ABŞ Prezidenti və tərəfdaşlarımız bu mövzunu gündəmə gətirdilər deyə, mən çox qısa cavab verirəm: Mən seçkilərə hazıram”, – Zelenski bildirib.
O əlavə edib ki, Ukraynada seçkilərin keçirilib-keçirilməməsi başqa dövlətlərin yox, məhz Ukrayna xalqının qərar verəcəyi bir məsələdir.
Bundan başqa, Zelenski Ukraynanın NATO-ya qoşulması ilə bağlı fikirlərini də bölüşüb.
“Biz realist. Biz həqiqətən NATO-ya istəyirik, bu ədalətlidir. Amma biz dəqiq bilirik ki, ABŞ də, bir neçə dövlət də hələ ki Ukraynanı alyansın tərkibində görmür. Sözsüz ki, Rusiya da heç zaman bizi orada görməyəcək”, – o deyib.