İran ABŞ ilə razılaşma mətni hazırlayır — Sürpriz danışıqlar davam edir
Dünya
İran ABŞ ilə mümkün razılaşmanı nəzərdə tutan mətn hazırlayır.
News24.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai brifinqdə bildirib.
“Hazırda biz öz mövqelərimizi hazırlamaq mərhələsindəyik”, – deyə diplomat qeyd edib.
Bəqainin sözlərinə görə, Vaşinqtonla müvəqqəti razılaşmanın mümkünlüyü barədə iddiaların heç bir əsası yoxdur.
Qeyd edək ki, Tehran və Vaşinqton arasında İranın nüvə dosyesi üzrə danışıqlar fevralın 17-də Cenevrədə Oman diplomatik missiyasında keçirilib. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Araqçi, ABŞ nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edib.
Araqçi danışıqları konstruktiv və ciddi adlandırıb. Onun sözlərinə görə, tərəflər razılaşma üzərində işləmək üçün əsas prinsipləri müəyyənləşdirə biliblər.
ABŞ və İran arasında növbəti danışıqlar raundu fevralın 26-da Cenevrədə keçiriləcək. /Sputnik Ermənistan