İran ABŞ-nin şərtlərinə yazılı cavab verir: İslamabadda açıqlanacaq
Dünya
İranın xarici işlər naziri Abbas Əraqçının İslamabadda keçiriləcək görüş çərçivəsində ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndələri Cared Kuşner və Stiv Uitkofa Vaşinqtonun razılaşma təklifinə dair İslam Respublikasının rəsmi yazılı cavabını təqdim edəcəyi gözlənilir.
News24.az xəbər verir ki, sözügedən sənəd Tehranın ABŞ tərəfindən irəli sürülmüş iki əsas şərtə münasibətini özündə əks etdirir.
Həmin şərtlər zənginləşdirilmiş uranın təhvil verilməsi və İranın ballistik raket proqramının dayandırılması ilə bağlıdır. /İsrail Hayom/