İran ABŞ-nin "Linkoln" təyyarədaşıyan gəmisini dronla vurduğunu açıqladı

İran ABŞ-nin "Linkoln" təyyarədaşıyan gəmisini dronla vurduğunu açıqladı Dünya

İran Oman körfəzində dəniz sərhədlərinə yaxınlaşan ABŞ təyyarədaşıyan gəmisi "USS Abraham Linkol"u vurduğunu elan edib.

News24.az xəbər verir ki, İran İnqilab Keşikçiləri Briqadası (SEPAH) tərəfindən verilən məlumatda qeyd olunur:

"Hörmüz boğazını nəzarət altına almaq məqsədi ilə Oman körfəzində İranın dəniz sərhədlərinə təxminən 340 kilometr yaxınlaşan ABŞ təyyarədaşıyan gəmisi dronla vurulub. Təyyarədaşıyan gəmi onu müşayiət edən esminesləri ilə birlikdə geri çəkilməli olub"

ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə enerjisi ilə işləyən Nimitz sinifli təyyarədaşıyan gəmilərindən biri olan "USS Abraham Lincoln" Vaşinqtonun ən güclü hərbi maneələrindən biridir.

Təxminən 333 metr uzunluğunda olan gəmi 5000-dən çox şəxsi heyəti daşıya və eyni vaxtda onlarla qırıcını qəbul edə bilər. (Teleqraf)