İran ABŞ-yə xəbərdarlıq etdi: Müharibə yenidən başlasa...
Dünya
Yaxın Şərqdə hərbi əməliyyatlar yenidən başlayarsa, İran Amerika Birləşmiş Ştatları üçün yeni “sürprizlər” hazırlaya bilər.
News24.az xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Araqçı deyib.
“Çıxarılan dərsləri və əldə olunan bilikləri nəzərə alsaq, müharibəyə qayıdış daha çox sürpriz gətirəcək”, - deyə o, “X” sosial şəbəkəsində yazıb.
Araqçı qeyd edib ki, İranla müharibənin başlanmasından bir neçə ay sonra ABŞ Konqresi milyardlarla dollar dəyərində onlarla təyyarənin itirildiyini etiraf edib.
Onun sözlərinə görə, İran silahlı qüvvələri reklamı geniş aparılan “Lockheed Martin F-35 Lightning II” qırıcısını ilk dəfə məhz onlar vurublar.