İran ABŞ-la danışıqlara hazır olduğunu - BƏYAN ETDİ

İran ABŞ-la danışıqlara hazır olduğunu - BƏYAN ETDİ Dünya
İran hakimiyyəti məhbusların ilkin qeyd-şərtsiz dəyişdirmək üçün ABŞ-la danışıqlara hazır olduğunu bəyan edib.

News24.az APA-ya istinadən xəbər verir ki, bunu İran hökumətinin rəsmi nümayəndəsi Əli Rabii bildirib.

Ə. Rabi ABŞ-ın hələlik bu çağırışa cavab vermədiyini açıqlayıb.

Qeyd edək ki, bundan əvvəl “Reuters” ABŞ-ın yaxın vaxtlarda iranlı alim Sirus Əsgərinin İranda saxlanılan ABŞ vətəndaşlarından biri ilə dəyişməyə hazırlaşdığını yazıb.  S.Əsgəri  koronavirusa yoluxub və hazırda tibbi yardım alır.