İranı öldürən görünməz təhlükə – hər il 58 min itki

İranı öldürən görünməz təhlükə – hər il 58 min itki Dünya

İranda hava çirkliliyi səbəbindən hər il təxminən 58 min insan həyatını itirir.

News24.az xəbər verir ki, bunu İranın səhiyyə nazirinin müşaviri Xosrov Sadeqniyyət açıqlayıb.

Onun sözlərinə görə, havanın çirklənməsi müxtəlif növ xərçəng xəstəlikləri, ürək-damar və ağciyər problemləri də daxil olmaqla bir çox ciddi və ölümcül xəstəliyin yaranmasına səbəb olur.

Araşdırmalar göstərir ki, karbüratorla işləyən köhnə motosikletlər bəzi hallarda injektorlu motosikletlərdən və hətta avtomobillərdən 10–20 dəfə daha çox hava çirkliliyi yaradır. Mütəxəssislər bu nəqliyyat vasitələrinin yenilənməsinin hava çirkliliyinin azaldılmasında və əhalinin sağlamlığının qorunmasında mühüm rol oynaya biləcəyini vurğulayırlar.

Məlumata görə, xüsusilə iri şəhərlərdə hava çirkliliyi artıq ictimai sağlamlıq üçün ciddi təhlükəyə çevrilib.