“İran rəhbərliyinin bütün nümayəndələri hədəfdədir”
Dünya
İran rəhbərliyinin bütün nümayəndələri ölkəyə qarşı həyata keçirilən İsrail hücumunun hədəfindədir.
News24.az xəbər verir ki, bu barədə İsrailin “12-ci kanalı” yüksək vəzifəli israilli rəsmi şəxsə istinadən məlumat yayıb.
“İran rəhbərliyinin bütün nümayəndələri hücumun hədəfidir”, – deyə o bildirib.
İranın “Fars” agentliyinin məlumatına görə, Tehranın ali lider Əli Xameneinin iqamətgahı və prezident sarayının yerləşdiyi ərazilərdə təxminən yeddi raket zərbəsi endirilib.
“Reuters”-in xəbərinə əsasən, zərbələrin hədəfləri arasında Tehranın cənubunda yerləşən bir neçə nazirlik də olub.