İran səfirindən Ermənistana xəbərdarlıq: “Bu, yadımızdan çıxmayacaq”

İran səfirindən Ermənistana xəbərdarlıq: “Bu, yadımızdan çıxmayacaq” Dünya

İranın İrəvandakı səfiri Xəlil Şirqulami “Sputnik Armenia” saytına müsahibəsində iranlı etirazçıların səfirlik önündə aksiya keçirməsinə Ermənistan rəsmilərinin səssiz qalması ilə bağlı qalmaqallı açıqlama verib.

News24.az xəbər verir ki, o, Tehranda Ermənistanın İrana düşmən qüvvələr üçün mərkəzə çevrildiyi barədə təsəvvür formalaşdığını bildirib.

Səfirin sözlərinə görə, İranda davam edən etirazlar uğur qazanacağı təqdirdə, zərər görən tərəflərdən biri də Ermənistan olacaq. O, bu fikirləri ilə etirazların regional nəticələr doğura biləcəyini iddia edib.

Xəlil Şirqulami habelə şənbə günündən etibarən Ermənistandakı İran səfirliyinin qarşısında keçirilən etiraz aksiyalarından, səsləndirilən “hörmətsiz və təhqiramiz şüarlardan narahatlığını dilə gətirib.

Səfir bu cür addımların İran cəmiyyətinin yaddaşında qalacağını vurğulayıb və Tehranın çətin dövrlərdə Ermənistanın yanında olduğunu xatırladıb.