İran və ABŞ atəşkəs müddətini uzatdı
Dünya
ABŞ Prezidenti Donald Tramp ABŞ-la İran arasında atəşkəs müddətinin uzadıldığını açıqlayıb.
News24.az xəbər verir ki, bu barədə Qətərin “əl-Cəzira” telekanalı məlumat yayıb.
“Silahlı qüvvələrimizə blokadanı qorumağı, ayıq-sayıq olmağı və hərəkətə keçməyə hazır olmağı tapşırdım”, - Tramp deyib.
Tramp İrandakı kəskin fikir ayrılıqlarına, Pakistan ordusunun komandanı feldmarşal Asim Munirin və Pakistan Baş nazirinin istəklərinə əsasən İrana hücumun təxirə salındığını bildirib. (APA)