"İran yerli sərnişin təyyarəsinin yaradılmasının bir addımlığındadır" - Rəisi

"İran yerli sərnişin təyyarəsinin yaradılmasının bir addımlığındadır" - Rəisi Dünya
İran Müdafiə Nazirliyinin mütəxəssisləri ilk yerli sərnişin təyyarəsinin yaradılması yolunda son mərhələyə çatıblar.

News24.az
"Tansim"ə istinadən xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi deyib. 

"Müdafiə Nazirliyindəki mütəxəssislərimiz yerli sərnişin təyyarəsi yaradılmasının bir addımlığındadırlar. Xahiş etdim ki, nəticə əldə olunana qədər bu yolu eyni canfəşanlıqla davam etdirsinlər" deyə Rəisi bildirib. 

Qeyd edək ki, İranın hava donanması 40 ildən artıqdır xaricdən alınan sərnişin təyyarələrindən ibarətdir.

İranda istismar edilən əsas hava gəmiləri "Airbus", Amerikanın "McDonnell Douglas", Hollandiyanın "Fokker" və "British Aerospace" təyyarələridir.

Son zamanlar Qərbin sanksiya təzyiqləri səbəbindən İran hakimiyyəti yerli istehsalın, o cümlədən təyyarə sənayesinin inkişafı üzərində işləyir.