İranda etirazlar böyüyür - Ölənlərin sayı 8 -ə çatdı

İranda etirazlar böyüyür - Ölənlərin sayı 8 -ə çatdı Dünya
İranda hicab qaydalarına görə əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar davam edir.

News24.az
"CNN Türk"ə istinadən xəbər verir ki, indiyədək 400-dən çox adamın yaralandığı nümayişlərdə ölənlərin sayı 8-ə çatıb.

Nümayişlər zamanı 500-dən çox adam saxlanılıb.

Polisin nümayişçilərin qarşısını almaq cəhdləri səbəbindən bir çox şəhərlərdə küçə qarşıdurmaları yaşansa da, etirazçılarla həmrəy olaraq bəzi mağazalar bağlanıb.