İranda növbəti faciə - 20 ÖLÜ, 23 YARALI

İranda növbəti faciə - 20 ÖLÜ, 23 YARALI Dünya
İranda növbəti faciə baş verib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, İranın Mazandaran əyalətində avtobusun aşması nəticəsində 20 nəfər ölüb, 23 nəfər yaralanıb.

Qeyd edək ki, ötən gün Tehranda İmam Xomeyni hava limanında Ukraynaya məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. Nəticədə 176 sərnişin dünyasını dəyişib.