İrandan ABŞ hərbçilərinə mesaj: "Daha yaxın gəlin"
Dünya
İranın Müdafiə Şurasında ali lider Möctəba Xameneinin nümayəndəsi olan admiral Əli Əkbər Əhmədiyan ABŞ hərbçilərinə səslənib.
News24.az xəbər verir ki, Əhmədiyan uzun illərdir amerikalıların müəyyən olunmuş nöqtələrə daxil olmasını gözlədiklərini və 20 ildən artıqdır ki, bu an üçün asimmetrik müharibə strategiyası ilə hazırlaşdıqlarını bildirib.
“İndi isə ABŞ əsgərlərinə bir mesajımız var: Daha yaxın gəlin”, - deyə o “X” sosial şəbəkə hesabında yazıb.