İrandan ABŞ ilə danışıqlara kimlər gedəcək?
Dünya
İranın ABŞ ilə planlaşdırılan danışıqlardakı nümayəndə heyətinin tərkibi Amerika tərəfini kimin təmsil edəcəyindən asılı olacaq.
News24.az xəbər verir ki bunu İran xarici işlər nazirinin müavini Səid Xatibzadə deyib. Diplomatın sözlərinə görə, Pakistan vasitəsilə çatdırılan məlumata və mövcud informasiyaya əsasən amerikalılar tərəfdən nümayəndə heyətinin rəhbəri vitse-prezident Cey Di Vens olacaq.
Xatibzadə əlavə edib ki İran nümayəndə heyətinə parlamentin spikeri Məhəmməd Baqer Qalibaf başçılıq edəcək. Qeyd edək ki, bundan əvvəl rəsmi Tehran tərəfindən ABŞ-nin sülh planının artıq üç bəndini pozduğu bəyan edilib. Bura Livana edilən hücumlar, pilotsuz uçuş aparatının İranın hava məkanına müdaxiləsi, həmçinin İslam Respublikasının uranı zənginləşdirmə hüququnun rədd edilməsi daxildir.
Hazırda ABŞ və İran arasında iki həftəlik atəşkəs barədə razılıq qüvvədədir və İslamabad görüşünün bu prosesin gələcəyi üçün həlledici olacağı gözlənilir. /TASS