İrandan ABŞ-yə yeni təklif
Dünya
İran Pakistan vasitəsilə ABŞ-yə yeni təklif təqdim edib.
News24.az xəbər verir ki, bu barədə “Axios” ABŞ rəsmisinə və iki məlumatlı mənbəyə istinadən xəbər yayıb.
Yeni təklif əsasən Hörmüz boğazı ətrafındakı böhranın və ABŞ-nin dəniz blokadasının həllinə yönəlib.
Təklifə görə, atəşkəs uzun müddətə uzadıla və ya tərəflər müharibənin tam dayandırılması barədə razılığa gələ bilərlər.
Nüvə danışıqları isə Hörmüz boğazı açıldıqdan və dəniz blokadası aradan qaldırıldıqdan sonra növbəti mərhələdə keçiriləcək.