İrandən sərt bəyanat – Qisas əməliyyatı hazırlanır
Dünya
İran ABŞ və İsrailin zərbələri nəticəsində həlak olan Ali Dini Lider Əli Xameneinin qisasını alacaq.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran parlamentinin sədr müavini Ali Nikzad bildirib.
“Bu cavab zərbəsi uyğun vaxtda və uyğun yerdə, diqqətlə planlaşdırılaraq həyata keçiriləcəh. Düşmənlərimiz öz hərəkətlərinə görə ağır bədəl ödəməyə hazır olmalıdırlar”, - deyə o qeyd edib.
Eyni zamanda Nikzad uranın zənginləşdirilməsinin yalnız dinc məqsədlər üçün aparıldığını bildirib.
O bunu İranın mütləq hüququ və aydın qırmızı xətti adlandırıb, bu məsələnin müzakirə mövzusu olmadığını vurğulayıb.
Deputat həmçinin qeyd edib ki, İran Livan, Yəmən, İraq və Suriyadakı müttəfiq qüvvələrə dəstəyi davam etdirəcək. (Iran International)