"İranla bağlı hələ qərara gəlməmişəm" – Tramp

"İranla bağlı hələ qərara gəlməmişəm" – Tramp Dünya

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranda rejim dəyişikliyi baş verə bilər, amma bu, mütləq deyil.

News24.az xəbər verir ki, o, eyni zamanda gələn cümə günü İranla nüvə sazişi üzrə danışıqların yeni mərhələsinin keçiriləcəyini anons edib.

“Mən hələ İranla bağlı qərar verməmişəm. Onların danışıqları aparmaq tərzi məni qane etmir. Razılığa gəlməyə çalışmaqda davam edəcəyik. Güc tətbiq etmək istəmirəm, amma bəzən buna məcbur qoyurlar”, – Tramp deyib.

Onun sözlərinə görə, İran ABŞ-nin istədiyi ifadəni, yəni “nüvə silahına yox” ifadəsini səsləndirmir.