“İranın nüvə proqramı olacaqsa, sənədi oxumuram”

“İranın nüvə proqramı olacaqsa, sənədi oxumuram” Dünya

ABŞ Prezidenti Donald Tramp İranın münaqişənin həlli ilə bağlı təqdim etdiyi sənədlərə münasibət bildirib.

News24.az xəbər verir ki, ABŞ lideri jurnalistin “İranın son təklifini rədd etmisiniz, yoxsa məsələ hazırda hansı mərhələdədir?” sualını cavablandırıb.

“Baxdım ona və əgər ilk cümlə xoşuma gəlmirsə, onu sadəcə kənara atıram”, – deyə Tramp bildirib.

Jurnalistin sənəddəki ilk cümlənin nə ilə bağlı olduğunu soruşmasına cavab olaraq isə Tramp belə deyib: “Qəbuledilməz bir cümlə idi. Əgər onların istənilən formada nüvə proqramı olacaqsa, qalanını oxumuram”. /Clash Report/