"İranın yeni rəhbərə ehtiyacı var" – Tramp
Dünya
"İranın yeni rəhbərə ehtiyacı var".
News24.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Politico" nəşrinə müsahibəsində deyib.
İranın ali dini lideri Əli Xamenei haqqında danışanda Ağ Ev rəhbəri qeyd edib:
"Bu adam xəstədir və ölkəsini düzgün idarə etməli, insanları öldürməyi dayandırmalıdır. Onun ölkəsi zəif liderliyinə görə dünyada yaşamaq üçün ən pis yerdir".