"Razılığa gəlmək istəmədilər, pislik etmək istəyirdilər"
Dünya
ABŞ prezidenti Donald Tramp ABŞ və İsrailin İrana endirdiyi zərbələri səbrin tükənməsi ilə izah edib.
News24.az xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yayımladığı videomüraciətdə bildirib.
“Onlar razılığa gəlmək istəyirdilər, amma sonra istəmədilər... Sadəcə pislik etmək istəyirdilər. İran onilliklər boyu etdiyi kimi, bundan imtina etdi. Onlar nüvə ambisiyalarından imtina etmək üçün hər bir imkanı rədd etdilər və biz artıq buna dözə bilmərik”, — deyə ABŞ lideri bildirib.