Ərdoğan Putinə Ukrayna ilə bağlı elə bir təklif etdi ki…

Ərdoğan Putinə Ukrayna ilə bağlı elə bir təklif etdi ki… Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinə Ukrayna ilə limanlar və enerji obyektləri üzrə atəşkəs elan etməyi təklif edib.

News24.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Ərdoğan bu təklifi Ukrayna-Rusiya münaqişəsini ədalətli və davamlı sülh yoluyla sona çatdırmaq səyləri çərçivəsində irəli sürüb. O, xüsusilə enerji obyektləri və limanlar üçün məhdud atəşkəs rejiminin faydalı ola biləcəyini qeyd edib.

Görüş Türkmənistanın paytaxtı Aşqabadda keçirilən “Beynəlxalq Sülh və Təhlükəsizlik Forumu” çərçivəsində baş tutub.

Rəsmi açıqlamaya görə, görüşdə Türkiyə-Rusiya ikitərəfli münasibətləri və Ukrayna-Rusiya müharibəsində sülh səyləri qiymətləndirilib. Türkiyə Prezidentinin bildirdiyinə görə, Ankara bu səylərə dəstək verməyə hazırdır. Həmçinin, Avropa Birliyinin Rusiyanın aktivlərini dondurması daxil olmaqla bütün məsələlər ətraflı müzakirə olunub.

Ərdoğan qeyd edib ki, Türkiyə müzakirə proseslərini yaxından izləyir və bu çərçivədə bütün formatlarda görüşlərə ev sahibliyi edə bilər.

Görüşdə həmçinin Fələstin və Suriya bölgələrindəki son vəziyyət, eləcə də Cənubi Qafqazda sülh prosesi də müzakirə olunub.a