"Real sülhü yaxınlaşdırmaq üçün yeni yanaşmalar var" – Zelenski
Dünya
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşnerlə telefon danışığı aparıb. Danışıq təxminən 1 saat davam edib.
News24.az xəbər verir ki, bu barədə Zelenski özünün teleqram kanalında məlumat yayıb.
Ukrayna lideri telefon danışığının məhsuldar keçdiyini deyib.
“Bu, həqiqətən yaxşı söhbət idi: çoxlu detallar, yaxşı ideyalar müzakirə etdik. Real sülhü yaxınlaşdırmaq üçün bəzi yeni yanaşmalar var və bu, formatlara, görüşlərə və, əlbəttə ki, zaman qrafikinə aiddir”, – o əlavə edib.