"Rəfahda 5 İsrail hərbi maşınını vurduq"

"Rəfahda 5 İsrail hərbi maşınını vurduq" Dünya

Qəssam Briqadaları tərəfindən verilən açıqlamada İsrail ordusuna məxsus 3 tank, bir hərbi nəqliyyat vasitəsi və bir buldozerin “Yasin-105” raketləri ilə vurulduğu bildirilib.

News24.az xəbər verir ki, sözügedən İsrail hərbi maşınlarının Rəfah şəhərinin qərbindəki Tel Sultan rayonunda idman meydançası yaxınlığında vurulduğu qeyd edilib.

İsrail əsgərləri arasında ölən və yaralananlar barədə məlumat verilməyib.

Digər tərəfdən Qəzza zolağının cənubundakı Rəfah və Xan Yunus şəhərlərinə sızan İsrail əsgərləri ilə Fələstin müqavimət qrupları arasında qarşıdurmaların davam etdiyi bildirilib.

Qeyd edək ki, məsələ ilə bağlı İsrail ordusundan heç bir açıqlama verilməyib.

Günel Məlikzadə